Online Order
+99455 775 85 07
Free Shipping
Order Above 100 Azn

İcbari Tibbi “Açıq qapı” günü keçirilib.

İcbari Tibbi “Açıq qapı” günü keçirilib.
14 February, 2023

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzi xidmətində media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

"Report" xəbər verir ki, məqsəd media nümayəndələrinin Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

Qeyd olunub ki, ötən ilin sonunda Çağrı mərkəzinin fəaliyyəti müasir tələblərə uyğunlaşdırılıb. Belə ki, bu sahəyə məsul əməkdaşların sayı artırılıb, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb.

Keçən ilin noyabr ayından etibarən “1542” Çağrı mərkəzinin işini tam avtomatlaşdırmağa imkan verən yeni proqram təminatı qurulub. Proqram təminatı müraciətçilərlə əlaqələrin idarəedilməsi, qəbul edilən zənglərin qeydiyyatının, məlumat bazasının, ümumilikdə hesabatlılığın təmin edilməsinə, işin keyfiyyətinin canlı izlənilməsinə imkan verir.

Noyabr ayından etibarən icbari tibbi sığorta ilə bağlı yeni xətt - göndərişlərin verilməsi xətti (1542-3) istifadəyə verilib. Bu xəttə zəng etməklə vətəndaşlar sığorta çərçivəsində dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası ilə bağlı suallarına cavab ala bilərlər.

Bundan əlavə, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Noyabrdan bu günədək rus dilində ümumilikdə 1171 müraciət cavablandırılıb. Agentliyin Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. Yanvar ayına olan göstəriciyə görə mərkəzə gün ərzində ortalama 814 zəng daxil olub. Müraciət zamanı gözləmə müddəti orta hesabla 22 saniyə, vətəndaşlarla danışıq müddəti isə orta hesabla 1 dəqiqə 9 saniyə olub.

Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər.

Qeyd edək ki, respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan “1542” Çağrı mərkəzini ödənişsiz yığmaq mümkündür.

Add Comment

You must login to add a comment. If you do not have an account, you may register for one. Registration is free!